“Nissan”, “Mitsubishi Motors” və “Renault” avtomobil istehsalçıları alyansı qurumun qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün mühüm addım atmağa hazırlaşır.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, üç şirkət yeni müşahidəedici orqanın yaradıldığını bildirib.
“Nissan” şirkətinin prezidenti Hiroto Saykava, “Mitsubishi Motors” şirkətinin prezidenti Osamu Masuko, həmçinin “Renault” şirkətinin direktorlar şurasının sədri Jan-Dominik Senar və şirkətin baş direktoru Terri Bollore martın 12-də “Nissan”ın Yokohama şəhərindəki baş ofisində mətbuat konfransı keçiriblər. Bildirilib ki, bu dörd rəhbər Jan-Dominik Senarın başçılığı ilə alyansın əməliyyatlarını müşahidə edəcək və onun idarəedilməsi ilə məşğul olacaqlar.