Böyük Britaniya Parlamenti Avropa İttifaqından müqaviləsiz ayrılmamağı qəbul edib. Qərar 321 səslə qəbul olunub. Martın 14-də Parlamentdə səsvermə keçiriləcək və deputatlardan ölkənin Avropa İttifaqını tərketmə vaxtının dəyişdirilməsi soruşulacaq.
Xatırladaq ki, Böyük Britaniya martın 29-da Avropa İttifaqını tərk etməlidir. Əgər səsvermədə “Brexit”in təxirə salınması qəbul edilsə, bu proses iyunun 30-dək uzadılacaq.
AZƏRTAC