Çinin Çinxay vilayətində 5 bal gücündə zəlzələ olub.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeraltı təkanlar Manya şəhəri ərazisində yerli vaxtla səhər 5:36-da qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 9 kilometr dərinlikdə olub.
Bildirilir ki, zəlzələdən bir neçə dəqiqə sonra 4,3 və 3,8 bal gücündə iki təkan baş verib.
Xəsarət alan olmasa da, bəzi tikililərə kiçik zərər dəyib. Bəzi binalarda çatlar əmələ gəlib, müəyyən hissələr qopub.