Bu gün Qazaxıstanın Qızıl Orda vilayətində göyərtəsində 13 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb. Hadisə yerində üç nəfərin cəsədləri tapılıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, naməlum şəraitdə yerə çırpılan helikopter tamamilə yanıb. Uçuşun qaranlıq vaxtı və mürəkkəb meteoroloji şəraitdə həyata keçirildiyi bildirilir.
Müdafiə nazirinin əmri ilə yaradılan xüsusi komissiya qəza yerinə göndərilib.
Qazaxıstan Respublikasının Müdafiə və Daxili İşlər nazirlikləri birgə hadisənin səbəblərini araşdırılması üçün istintaqa başlayıb.