Böyük Britaniya Parlamenti ölkənin Avropa İttifaqından ayrılması şərtlərini tənzimləyən müqavilənin alternativ variantlarına səs vermək üçün ikinci dəfə toplandı. Ancaq deputatlar üçün təqdim edilən 4 variantdan heç biri səs toplaya bilməyib.
İcmalar Palatasının rəhbəri Con Berkov seçdiyi 8 təklifin arasından 4-nü səsə qoyub. Bunlar Birləşmiş Krallığın Gömrük İttifaqında, Avropa İqtisadi Zonası və Avropa Azad Ticarət Assosiasiyasında qalması təklifləri olub.
AZƏRTAC