Avropa Komissiyasının Rumıniya və Bolqarıstana tətbiq olunan nəzarət mexanizmini ləğv etmək imkanı var.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyası sədrinin müavini Frans Timmermans qanunun aliliyinə həsr edilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bolqarıstan və Rumıniya Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirməlidir. Bu tələblərə riayət etmədikləri halda nəzarət mexanizmini ləğv etmək çox çətin olacaq.
F.Timmermas vurğulayıb ki, prinsip etibarilə nəzarət mexanizmi bu ölkələrin Avropa İttifaqına daxil olmalarınadək aradan qaldırmalı olduqları məsələlərin həllinə kömək göstərməlidir.
Bolqarıstan və Rumıniyanın 2007-ci ildə Avropa İttifaqına daxil olmasına baxmayaraq, hələ də bu məsələlərin bir neçəsi həll edilməyib.
Əsasən qanunun aliliyi və səlahiyyətlərin paylanması barədə danışan Timmermans nəzarət mexanizminin hər iki ölkədə sözügedən sahədə fəaliyyəti yaxından izləyəcəyini qeyd edib.