Türkmənistanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeyri-infeksion xəstəliklərlə mübarizə forumu çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Aşqabaddakı nümayəndəliyində KİV nümayəndələri üçün “Qeyri-infeksion xəstəliklərlə mübarizə - Avropada Davamlı İnkişafın məqsədlərinə nail olmaq üçün vədləri yerinə yetirmək zamanı” adlı konfrans keçirilib.
Tədbirdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyi, ÜST-nin bu ölkədəki baş ofisinin rəhbəri və təşkilatın məsul nümayəndəsi, yerli və ölkədə akkreditə olunmuş media nümayəndələri və siyasi alimlər, politoloqlar iştirak ediblər.
Çıxışlarda konfransın məqsəd və vəzifələri, o cümlədən regiondakı mövcud vəziyyət və digər məsələlər barədə məlumat verilib. Həmçinin əhalinin sağlamlığının möhkəmlənməsində və biliklərinin artırılmasında KİV-in rolu və əhəmiyyəti müzakirə edilib.
AZƏRTAC