İsveçin Norrşöping şəhərində yerləşən zərgərlik mağazasının həyətində güclü partlayış baş verib.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, partlayışla bağlı polis bölməsinə xəbər səhər saatlarında daxil olub. Hadisə nəticəsində xəsarət alanlar və qurbanlar haqqında hələ məlumat verilmir. Hadisənin baş verdiyi yer nəzarətə götürülüb, araşdırma aparılır.