Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində bir nəfər bank şöbəsində qumbara partladıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, altı nəfər xəsarət alıb.
ulusestv.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Partlayışı törədən hadisə yerində ölüb. Beş mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, yaralılardan ikisi bankın əməkdaşlarıdır.