İtaliya polisi mərkəzi ofisi Böyük Britaniyada yerləşən və 17 Avropa ölkəsində fəaliyyət göstərən, qaçaq yolla spirtli içkilərin satışı ilə məşğul olan dəstəni zərərsizləşdirib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində İtaliyanın yeddi bölgəsində 20 nəfər saxlanılıb. Polisin verdiyi məlumata görə, həbs edilənlər Avropada illərlə spirtli içkilərin satışı ilə fəal şəkildə məşğul olan cinayətkar dəstənin təsisçiləri və üzvləridir.
Hazırda cinayət işi ilə bağlı araşdırma aparılır.