ABŞ-ın prezident köməkçisi Mayk Pens və Xarici İşlər naziri Mayk Pompeo Türkiyəyə səfər edəcəklər.
ulusestv.az “Qafqazinfo”ya isitnadən xəbər verir ki, bu barədə prezident Donald Tramp bildirib. Səfər oktyabrın 17-də baş tutacaq. Penslə Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb Suriyanın şimalında atəşkəs məsələsini müzakirə edəcəklər.
Amerikalı nümayəndə heyətinin tərkibində beynəlxalq təhlükəsizlik müşaviri Robert O'Brien və ABŞ-ın Suriya üzrə təmsilçisi Ceyms Ceffri də olacaq.