Kamtçatka sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “RİA Novosti” Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına istinadən xəbər verib.
Qeyd edilir ki, seysmik hadisə Sakit okean akvatoriyasında qeydə alınıb. Yeraltı təkanların episentri 54 kilometr dərinlikdə, adanın şərq sahilində yerləşən Ust-Kamçatsk qəsəbəsindən 120 kilometr şərqdə yerləşib.
İlkin məlumata görə, zəlzələ Kamçatka diyarının yaşayış məntəqələrində hiss olunmayıb.