Efiopiyanın paytaxtı Əddis-Əbəbə 2020-ci ildə səyahət etmək üçün ən yaxşı yerlərin siyahısında birinci yeri tutub.ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, müvafiq siyahını “Travel and Leisure” portalı dərc edib.
“Lenta.ru” yazır ki, səyahətçilərə, xüsusilə, keçmiş imperator iqamətgahı – Menekila sarayını və Müasir İncəsənət Mərkəzini, eləcə də yerli hava limanını ziyarət etməyi təklif edirlər.
İkinci yerdə - Perunun qədim Arekipa şəhəridir, harada ki, Müqəddəs Avqustinin kilsəsinin yanında yerləşən unikal qonaq evində qalmaq olar. Oradan üç vulkan – Çaçani, Misti və Piçu-Piçu görünür.
Siyahının üçüncüsü ABŞ-ın Şimali Karolina ştatında yerləşən Aşvill şəhəri olub. Burada yaşayanlar arasında küçə rəssamları, musiqiçilər və restoran biznesi sahəsində çalışan sahibkarlar üstünlük təşkil edir, eləcə də “Çau-çay” kulinariya festivalı keçirilir.
Bundan başqa, ilk onluqda Avstriyanın şəhərləri, Meksikanın Cənubi Aşağı Kaliforniya ştatı, Barbados, Pekin, Havay, Botsvana və Boston yer alıb.