Gürcüstanda koronavirusa 3-cü yoluxma halı qeydə alınıb.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib:
“Bu gün səhər 3-cü yoluxma halı təsdiqləndi. Həmin şəxs dünən xəstəxanaya yerləşdirilmişdi. O da İrandan gəlib və ölkədə ilk dəfə yoluxan şəxslə əlaqədə olub. Dünən onun temperaturu qalxdığı üçün sərhəddən xəstəxanaya aparılıb”.
Qeyd edək ki, Gürcüstanda bundan əvvəl İtaliyadan gələn 31 yaşlı qadında və İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən 50 yaşlı kişidə koronavirus tapılıb.
Qamkrelidzenin sözlərinə görə, ölkədə 93 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətində saxlanılır.