ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötüb, 47 nəfər dünyasını dəyişib. ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “CNN” telekanalı federal və yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Telekanalın məlumatına görə, ABŞ-da ümumilikdə 2033 yoluxma faktı qeydə alınıb. Daha əvvəl 70 xəstə Dövlət Departamentinin reysləri ilə ABŞ-a təxliyyə edilib.
Onlardan başqa, “CNN” 48 ştat və Kolumbiya şəhər dairəsində əlavə 1963 yoluxma faktı barədə də xəbər verib. Azı 47 nəfər dünyasını dəyişib.