Braziliyada son sutka ərzində daha 1 382 pasiyent koronavirusun qurbanı olub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son sutka ərzində daha 12 581 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Braziliyada koronavirusa yoluxanların ümumi sayı 685 427-yə çatıb.
Son 24 saat ərzində 1 382 ölüm halının qeydə alınması ilə ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 37 312-yə yüksəlib. Ümumilikdə 302 084 pasiyent isə müalicə olunaraq xəstəlikdən sağalıb.
Qeyd edək ki, Braziliya koronavirusdan ən çox təsir görən ölkələr arasında ABŞ-dan sonra 2-ci yerdə qərarlaşıb.