Əfqanıstanın Cələlabad şəhərindəki bir həbsxanaya partlayıcı qurğu quraşdırılmış avtomobillə hücum təşkil olunub.
Ulusestv.Az "Qafqazinfo" ya istinadən xəbər verir ki, 3 ayrı partlayışın baş verməsi nəticəsində 11 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Partlayışdan sonra bölgədə atışma səsləri eşidilib.
Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.