• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tələbələrin hüquq və vəzifələri artırılıb

gundem / sosial / ust / manset

11-03-2018, 11:12

Tələbələrin hüquq və vəzifələri artırılıb























Tədrisə tam cəlb olunan və qismən cəlb olunan tələbələr üçün illik təhsil haqqının müəyyənləşdirilməsi qaydası fərqli olacaq.

Uluses APA-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edib.

Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.

Cari qiymətləndirmə fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi, aralıq qiymətləndirmə fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır.

Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.

Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Dəyişikliyə əsasən bundan sonra bu halda üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna sayılacaq. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.

Ancaq yenə də əvvəllər olduğu kimi bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq. İndiyə qədər olduğu kimi bundan sonra da üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etməyəcək. Digər hallarda isə əvvəllər olduğu kimi tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydalara uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların tələblərinə uyğun həyata keçirilir. Başqa sözlə, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.

Tələbələrin hüquq və vəzifələri də artırılıb. Növbəti dəyişiklikdə qeyd edilir ki, ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir.

Oxunub: 522
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

7-02-2018, 08:48

Bu il keçiriləcək imtahanların tarixləri açıqlanıb

gundem / siyaset / ust / manset

24-01-2018, 08:36

Təhsil sistemində bu yüksək vəzifələr boşdur - Siyahı

gundem / siyaset / sosial / medeniyyet / ust / manset

11-01-2018, 10:21

Prezidentdən təhsillə bağlı - Sərəncam

gundem / sosial / ust / manset

6-01-2018, 14:07

Hökumət uşaqların sosial müdafiəsi ilə bağlı qərar verib - Qaydalar

gundem / manset

8-12-2017, 09:30

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Dünən, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Dünən, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Dünən, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Dünən, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Dünən, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Dünən, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 30-09-2023, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • 30-09-2023, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • 30-09-2023, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • 30-09-2023, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • 30-09-2023, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • 30-09-2023, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • 30-09-2023, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • 30-09-2023, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • 30-09-2023, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • 30-09-2023, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • 30-09-2023, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
  • 29-09-2023, 08:17
    İspaniyada yeniyetmə məktəbdə müəllim və şagirdləri bıçaqlayıb
  • 29-09-2023, 08:04
    AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna təyinat olub
  • 29-09-2023, 08:00
    Blinken Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”
  • 29-09-2023, 07:57
    Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
  • 28-09-2023, 14:46
    Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti
  • 28-09-2023, 11:17
    “HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇILƏRİNIN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”
  • 28-09-2023, 08:35
    Toxluq hissi yaradan qidalar
  • 28-09-2023, 08:33
    Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub
  • 28-09-2023, 08:31
    Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir
  • 28-09-2023, 08:29
    Sumqayıtda 22 yaşlı qız itkin düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə