ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Uluses Oxu.Az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini və xanımı Eka Tseretelini Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova qarşılayıb.