Bu gün Abşeron rayonu Hökməli qəsəbəsində müqəddəs şəhidlik zirvəsinə ucalmış Cəfərov Balaş Namiq oğlu dəfn olundu.
Millixəbər.az-ın məlumatına görə Abşeron rayonu Hökməli qəsəbə sakini Cəfərov Balaş Namiq oğlu 2002-ci il təvəllüdlür. O, 2020-ci illin İyul ayında həqiqi hərbi xidmətə çağırılıb. 44 günlük vətən müharibəsi dövründə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəsinin dediyinə görə sonucu dəfə Oktyabırın 30¬-da ailəsi ilə telefonla danışıb. Orta təhsilllidir, uşaqlqdan idmanla məşğul olub. Ailənin tək oğlu idi… Vətən uğrunda ölən varsa vətəndir… Allahdan Şəhid qardaşımıza rəhmət, yaxınlarına səbr diləyirik!