Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi və icra hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı və “Vətən Müharibəsi Əlillərinə Kömək " İctimai birliyinin təşəbbüsü ilə 26.12.2020 ci il tarixdə Abşeron rayonunda yardım aksiyası keçirildi. "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin məqsədi Abşeron rayonu ərazisində yaşayan Şəhid ailələrinə, Qarabağ əlillərinə və qazilərə diqqət və qayğı göstərmək, qarşılaşdıqları bəzi problemlərin həllində yardımçı olmaqdır. Aksiya zamanı Abşeron rayonu ərazisində yaşayan 170 Şəhid ailələrinə və qazilərə ərzaq sovqatları çatdırıldı. Tədbirdə Abşeron rayonu icra hakimiyyəti yanında İctimai şuranın rəhbərliyi və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai birliyinin idarə heyəti xüsusi xidmət göstərərək, ərzaq sovqatlarını ünvanlara çatdırdı. "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi onlarla belə aksiyalar həyata keçirib. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak erədərək qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək, onların ailələrinə maddi və mənəvi dəstək olmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığının bir qismini itirən qazilərə diqqət və qayğı göstərmək hər birimizin borcudur.