1. Polkovnik, Azərbaycan bayrağı ordenli Hüseynov Elmar Knyaz oğlu.
2. Polkovnik- leytenant Bəxtiyar Aslanov.
3.Qarabağ qazisi Əvəz Abdullayev.
Onlayn konfransda 1-ci Qarabağ müharibəsinin və Xocalı faciəsinin canlı şahidləri, qazilər iştirak etdilər!
Tədbiri giriş sözü ilə universitetin rektoru prof. C.Cəfərov açdı. Xocalı faciəsindən və ikinci Qarabağ müharibəsindəki qələbəmizdən danışdı. Tədbirin təşəbbüskarı filologiya fakültəsinin dekanı, prof. Mahirə Hüseynova o dəhşətli Xocalı soyqırımı haqqında məlumat verdi və onun Xocalı faciəsinə həsr olunmuş şeirlərinə bəstələnmiş mahnı səsləndirildi! Qarabağ qazisi polkovnik Elmar Hüseynova söz verildi! Qazimiz Xocalı şəhərində və aeroportda apardığı xidmətdən, qəhrəman şəhidlərdən, Əlif Hacıyev kimi igidlərdən bəhs etdi!
Tələbə gənclər Universitetin şəhid məzunlarından danışdılar! Mahirə xanımın şeirlərini səsləndirdilər! Digər qazilər Əvəz Aslanov və Xocalı sakini Bəxtiyar Abdullayev həmin günün dəhşətlərini anlatdılar! Sonda tədbiri prof.M.Hüseynova zəfər çalmış bir xalqın, müzəffər ordunun növbəti qələbələrinə inam hissi ilə, nikbin ruhla bitirdi! Şəhidlərimizə Allahdan rəhmət dilədi! Müasir tariximizi yazan Ali Baş Komandana və onun müzəffər ordusuna, bu ordunun əfsanəvi qəhrəmanlarına uğurlar arzuladı!
Fərid Faiqoğlu
AJB-nin üzvü