Doğma Azərbaycanımızın dilbər guşələrindən biri Masallının səfalı kəndlərindən Çaxırlı kəndi. Bu kənd tarixinin qədim olması ilə yanaşı müasirlik cəhətdən, o cümlədən də ziyalı potensialına görə digər ərazilərdən fərqlənir. Kəndin əhalisi öz zəhmətsevərliyi, qonaqpərvərliyi, dövlətə sədaqətliliyi ilə həmişə öndə gedən yaşaış məntəqələrindəndir.
Bu kənd doğma ölkəmizə neçə-neçə alim elmi cəhətdən üstün olan mütəxəssislər bəxş etmişdir. Bu uğurların mərkəzi Çaxırlı kənd tam orta məktəbidir. Belə ki, məktəbin yetirmələrindən riyaziyyat elmlər doktoru Gündüz Niftiyev, fəlsəfə elmlər doktoru Rahid Ulusel, texnika elmlər namizədi Musa Əhmədov, fizik Nadir Niftiyev, riyaziyyatçı Havosət Musayev, kimyaçı Şahbaz Şahbazov, məktəbşünas Yarımşah Qədirov, riyaziyyatçı Əlisa Əhmədov, fizik Sərdar Allahyarov, tanınmış coğrafiyaçı Həsən Bağırov və başqaları bu təhsil ocağnın yetirmələri olmaqla təhsilin yüksəldilməsində əməkləri əvəzedilməzdir. Bu sayı çoxaltmaq olar. Hazırda bu ənənə bu gün də davam edir.
Məktəbin direktoru Allahveridi Məmmədov məlumat verərək bildirdi ki, bu dərs ilində məktəbimizdə 238 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 27 müəllim və tərbiyəçi məşğul olur. Keçən dərs ilində 11 məzunumuz respublikanın nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.
Məktəbimizdə bir neçə şagirdimiz respublika fənn olimpiadalarında müsbət nəticə qazanmışdır. O cümlədən 2020-2021-ci tədris ilində məktəbimizin 10 sinif şagirdi Allahyarlı Nilufər Vüsal qızı respublika fənn olimpiadalarında birinci turda müsbət nəticə göstərmiş, yarımfinalda iştirak etmək hüququ qazanmışdır.
Kəndimizdə valideyinlər maarifpərvər olmaqla öz övladlarının təhsilini daim diqqət mərkəzində saxlayırlar. Məktəblə valideyin arsında əlaqə müasir tələbə uyğun qurulmuşdur.
Məktəbimizin əsas problemi məktəb binasının müasir təlimə imkan verməməsidir. Belə ki, məktəb binası 1958-ci ildə istifadəyə verilmişdir. Məktəb binasının əsaslı təmirinə böyük ehtiyac vardır. Arzu edərdik ki, məktəbin əsaslı təmir olunmasına əlaqədar təşkilatlar lazmı köməkliklərini göstərsinlər.
Soltanağa Cəfərov
AİB-nin üzvü, Bölgə müxbiri