• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində

Tarix : 1-03-2021, 15:57 Oxunub : 260 Bölmə :gundem / ust / manset
İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak ediblər.

Məlumat verilib ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

Prezident İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basıb.

Birinci vitse-prezident Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci vitse-prezident “Azərbaycan” gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb.

Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.

12:59

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.



















Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Mehriban Əliyeva Xoşbəxt Yusifzadə haqda paylaşım etdi

    Mehriban Əliyeva Xoşbəxt Yusifzadə haqda paylaşım ...

    14-01-2020, 10:22

  • Mehriban Əliyeva Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

    Mehriban Əliyeva Sami Yusufa Azərbaycan ...

    2-10-2019, 08:40

  • Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

    Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya ...

    14-04-2019, 10:53

  • Mehriban Əliyeva açılışda

    Mehriban Əliyeva açılışda ...

    8-11-2018, 11:07

  • İlham Əliyev Lahıca təbii qazın verilməsi mərasimində iştirak edib

    İlham Əliyev Lahıca təbii qazın verilməsi ...

    26-08-2018, 14:37



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

    Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

  • Tokioda Harri Potter parkı açılacaq

    Tokioda Harri Potter parkı açılacaq

  • Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

    Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

  • Qastroenteroloq qaraciyər üçün ən zərərli qidaları açıqladı

    Qastroenteroloq qaraciyər üçün ən zərərli qidaları açıqladı

  • Məşhur aktyor ilk dəfə ata olacaq

    Məşhur aktyor ilk dəfə ata olacaq

  • Tunis sahillərində növbəti miqrant faciəsi: Azı 29 nəfər öldü

    Tunis sahillərində növbəti miqrant faciəsi: Azı 29 nəfər öldü

  • Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

    Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

  • Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

    Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

  • Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

    Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

  • ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

    ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

  • Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

    Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

  • Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

    Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

  • Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

    Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

  • “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

  • Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

    Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

  • Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

    Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

    © Copyright 2019, Bütün hüquqlar qorunur!