Ramanada, şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində,möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışını mən də, diqqətlə dinlədim.
Ağsaqqal bir ziyalı kimi, qeyd olunan məsələləri ürəkdən bəyənməklə, şəhid ailələrinə və müharibə əlillərinə,dövlət tərəfindən göstərilən qayğıya görə minnətdarlığımı bildirirəm.
Vətən müharibəsində müzəffər ordumuzun Ali Baş Komandanı cənab İ.Əliyevin rəhbərliyi altında, torpaqlarımızın işğaldan azad olunmasını və Qarabağda yeni iqtisadi həyatın başlanmasını, biz veteranlar yüksək qürur hissi ilə qəbul edirik.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, yaralı qazilərimizin tez bir zamanda sağalmasını arzu edirik.
Ağsaqqal ziyalı Soltanağa Cəfərov.
Masallı rayonu.