"Vətən Müharibəsi Əlillərinə Kömək "İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin
sədri Yasəmən Qəyyumlu, Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova,
Binəqədi rayon YAP - nın sədri sədri Ramiz Göyüşov,
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi rayon Rəsulzadə qəsəbəsi Gənclər Birliyinin sədri İsa Bayramov, Xocəsən bələdiyyəsinin sədr müavini, təşkilatımıza yeni üzv olan ilahiyyatçı Vüqar Kərimov, xeyriyyəçi hacı Qabil Salahov , iş adamı hacı Cabir Cəfərov
şəhid Əzizov Elçin Əvəz oğlunun ailəsini ziyarət etdilər.
Əzizov Elçin Cəbrayıl rayonunun Mərdanlı kəndində 31.03. 1985 ci ildə anadan olub. Orta məktəb təhsilini Nizami rayonunda yerləşən Zəngilan məktəbində alıb. Azərbaycan Texniki Universitetini bitirib. Üç övladı var. İki oğlu, bir qızı. "Vətən uğrunda " medalı və "Vətənə xidmətinə görə " ordeni ilə təltif edilib. Fəxri xiyabanda dəfn olunub.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!