Sözə naxış vurub ozan dilində,
Əzəli-əbədi Göyçə elində.
Bəsirət gözü var Dədə elmində,
Nur, haqq işığıdır Dədə Ələsgər!
Xalqa həqiqətən mətləb qandırıb,
Şeytanı öldürüb, nəfsin yandırıb,
Özü könüllərdə xaniman qurub,
Pir, haqq aşiqidir Dədə Ələsgər!
Saziyla haqq sözün isbatın verib,
Hər yanı eşqiylə baxanda görüb,
Təbi-təbiəti göylərdən gəlib,
Bir haqq aşığıdır Dədə Ələsgər!
Nur, haqq işığıdır Dədə Ələsgər!
Pir, haqq aşiqidir Dədə Ələsgər!
Bir haqq aşığıdır Dədə Ələsgər!
Sirdir, haqq işidir Dədə Ələsgər!
Tapdıq ƏLİBƏYLİ