Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq. O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Ulusəs Oxu.Az-a istinadən xəbər verir ki, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.
***
12:02
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Füzuli Süleyman oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbir diləyir!