Rusiya telekanalı “Rossiya 24” Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində aparılan ictimai sorğunun nəticəsi haqqında süjet hazırlayıb.
Qeyd olunub ki, ölkədə aparılan ictimai sorğunun nəticəsinin yekunları hazırkı dövlət başçısı İlham Əliyevin inamlı qələbəsini proqnozlaşdırır.
“Rossiya 24”-ün süjetində vurğulanır ki, “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” təşkilatının araşdırmalarına əsasən, sorğuda iştirak edənlərin 83%-i İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Onlardan 74%-i qeyd ediblər ki, hazırkı prezident ölkədə təhlükəsizliyi etibarlı şəkildə təmin edir.
Azərbaycanda Prezident seçkiləri aprel ayının 11-də keçiriləcək.