• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Əfsanəvi kəşfiyyatçı

Tarix : 9-06-2021, 10:57 Oxunub : 187 Bölmə :gundem / sosial / ust / manset
Əfsanəvi kəşfiyyatçı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Onun sözlərinə görə, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Bu cür firavan həyatı borclu olduğumuz vətən oğullarından biri də əfsanəfi kəşfiyyatçı Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsinin zabiti Mayor Taleh Adil oğlu Kərimovdur.
Taleh Adil oğlu Kərimov 1985-ci il martın 6-da Sumqayıt şəhərində anadan olub. 1992-1995-ci illərdə Sumqayıt şəhərinin Corat qəsəbəsində 7 nömrəli tam orta məкtəbdə, 1995-2003-cü illərdə isə Məhəmməd Füzuli adına Tibb, Humanitar və Texniкi Təmayüllü "İstedad" Liseyində təhsil alıb. Ali təhsilini isə 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Kəşfiyyatçı" ixtisası üzrə alıb. 2007-ci ilin iyun ayından 2008-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərкəzində "Zabit" ixtisası üzrə təlimlərdə olan Taleh Kərimov, 2008-ci ilin iyun ayından 2010-cu ilin mart ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində xidmət edib.
Taleh Adil oğlu Kərimov 2010-cu ilin mart ayından 2014-cü ilin yanvar ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Qərargah rəisinin Kəşfiyyat üzrə müavini və Kəşfiyyat Taqım Komandiri vəzifəsində, 2014-cü ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin Kəşfiyyat bölməsinin və Kəşfiyyat rəisinin məlumatların toplanması üzrə rəisi vəzifəsində xidmət edib.
2016-cı ilin yanvar ayından 2016-ci ilin iyun ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edən Taleh Kərimov, 2016-cı ilin iyun ayından 2016-cı ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsi Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi, 2016-cı ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər isə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda Kəşfiyyat şöbəsinin rəisinin məlumatların toplanması və təhlili üzrə müavini vəzifəsində xidmət edib.
Taleh Kərimov 2018-ci ilin mart ayından 2019-cu ilin noyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsin Kəşfiyyat rəisi və Kəşfiyyat bölməsinin rəisi vəzifəsində xidmət edib. Taleh Kərimov 2019-cu ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin Qoşun Kəşfiyyatı İdarəsinin Planlaşdırma və Əlaqələndirmə şöbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun mayoru olan Taleh Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Kərimov oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!
Almaz Yaşar
“İctimai Xəbər Agentliyinin” Direktoru

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Mədəniyyət paytaxtımız – Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır!

    Mədəniyyət paytaxtımız – Şuşanın girişində ...

    16-05-2021, 19:33

  • Gənc nəsil tarixi həqiqətləri bilməlidir

    Gənc nəsil tarixi həqiqətləri bilməlidir ...

    19-04-2021, 11:23

  • Ombudsman: “Məcburi köçkünlərin pozulan hüquq və azadlıqları bərpa edildi”

    Ombudsman: “Məcburi köçkünlərin pozulan hüquq və ...

    11-11-2020, 13:10

  • QARABAĞ-AZƏRBAYCANDIR!

    QARABAĞ-AZƏRBAYCANDIR! ...

    11-11-2020, 16:25

  • “Bu bəyanat Ali Baş Komandan və ordumuzun şanlı qələbəsidir!”

    “Bu bəyanat Ali Baş Komandan və ordumuzun şanlı ...

    10-11-2020, 11:50



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Paytaxtda dava zamanı bir nəfər bıçaqlanıb

    Paytaxtda dava zamanı bir nəfər bıçaqlanıb

  • Bakıda 25 yaşlı piyadanı avtomobil vurub

    Bakıda 25 yaşlı piyadanı avtomobil vurub

  • Finlandiyalı iş adamına dünyanın ən yüksək yol hərəkəti cəriməsi yazılıb

    Finlandiyalı iş adamına dünyanın ən yüksək yol hərəkəti cəriməsi yazılıb

  • Bakıda iki qonşunun davası zamanı hadisə şahidi bıçaqlanıb

    Bakıda iki qonşunun davası zamanı hadisə şahidi bıçaqlanıb

  • “Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib

    “Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib

  • 82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub

    82 yaşlı almaniyalı təqaüdünün az olduğunu əsas gətirərək narkotik ticarəti ilə məşğul olub

  • Qaribaşvili Zelenski ilə niyə görüşmədiyinin səbəbini açıqlayıb

    Qaribaşvili Zelenski ilə niyə görüşmədiyinin səbəbini açıqlayıb

  • “Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edib

    “Taliban” uşaqların kömür mədənlərində işləməsini qadağan edib

  • Finlandiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovur

    Finlandiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən qovur

  • Dünyanın ən qədim qəbri tapıldı

    Dünyanın ən qədim qəbri tapıldı

  • ABŞ Kino Aktyorları Gildiyası tətil edəcək

    ABŞ Kino Aktyorları Gildiyası tətil edəcək

  • Əfqanıstanda qadınlardan sonra indi də kişilərə qadağalar tətbiq edildi

    Əfqanıstanda qadınlardan sonra indi də kişilərə qadağalar tətbiq edildi

  • “Philip Morris”in rəhbəri dünyada siqaretə qadağa qoyulması üçün tarix təyin etməyin zəruriliyini açıqladı

    “Philip Morris”in rəhbəri dünyada siqaretə qadağa qoyulması üçün tarix təyin etməyin zəruriliyini açıqladı

  • Ən asan və ən çətin Şengen vizası verən Avropa ölkələri hansılardır?

    Ən asan və ən çətin Şengen vizası verən Avropa ölkələri hansılardır?

  • Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”

    Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”

  • YAŞAR ŞİRVANİ – 65

    YAŞAR ŞİRVANİ – 65

    © Copyright 2019, Bütün hüquqlar qorunur!