Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu 44 günlük haqq savaşında döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Şəhid Məmmədli Muradınadına inşa olunmuş SU BULAĞININ açılışında itştirak edib.
Edaletyolu.az xəbər verir ki, tədbirdə xeyriyyəçi Kamil Zeynallı, Şəhid anaları, Şəhidin döyüş yoldaşları, Ədalət yolu qəzetinin idarə heyəti, medal nümayəndələri və Binəqədi rayon ictimaiyəti iştirak edirdilər. Çıxış edənlər şəhid haqqın yadda qalan məqamlardan danışdı. Bacıları onun mehriban və vətənpərvər olduğunu, ana və bacılarına əsl atalıq, qardaşlıq qayğısının göstərməsindən söz açdı. Oğlu ilə fəxr edən ana hər kəsi göz yaşına qərq etdi.
Ədalət yolu qəzetinin təsis etdiyi ZƏFƏR DİPLOMU şəhidin anası Əfruzə Məmmədovaya təqdim olundu.
Qonşuların maddi dəstəyi əsasında ərsəyə gələn SU BULAĞI möhtəşəmliyi ilə göz oxşayırdı. Allah yaxşı insanları qorusun.
Fərid Faiqoğlu