Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.