Bu gün XTQ-nin şəhid kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun ad günüdür. Həmidağa Hüseynzadə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən torpağa, vətənə sevgisi onu hərbiçi olmağa sövq etdi. Həmidağa Hüseynzadə gülərüz, səmimi olmağıyla yanaşı işlərində qətiyyətli, əzmli və işinin peşəkarı idi. O, öz istəyi ilə Ali Hərbi Məktəbi bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrə yazılaraq ön cəbhədə xidmət etməyi özünə borc bildi. Bu da onun vətənpərvərlik sevgisindən irəli gəlirdi. 2020-ci il sentyabr ayında başlanan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının başçlığı ilə başlanan əks hücum "Dəmir Yumuruq" əməliyyatında Həmidağa döyüşə ilk atılan hərbçilərimizdən biri oldu. Qızğın döyüşlərin birində Həmidağa düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucaldı. Şəhidimizin ailə üzvlərinə, ümumiyyətlə Azərbaycanımıza dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin!