Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə ədliyyə işçiləri üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. "Şuşasız bizim işimiz yarımçıq olar", - deyən Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək sanki Ümummilli Liderimizə bu barədə hesabat verən cənab Prezident Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini Şəhidlər Xiyabanında ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi. Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Biz, ədliyyə işçiləri çox böyük fəxarət və qürur hissi ilə bildiririk ki, builki peşə bayramımız bütün xalqı¬mızın Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ sava¬şında qazandığı Qələbənin hədsiz sevincini yaşadığı bir vaxta düşür. Necə deyərlər, bu möhtəşəm qələbə sevincimizə sevinc qatdı, bütün azərbaycanlıları bəxtiyar etdi.
Bəri başdan onu da vurğu¬layım ki, bu tarixi qələbənin qa¬zanılması ilə möhtərəm Prezi¬dentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev əcdadlarımızdan bizə dərin və acı yara kimi miras qalmış Qarabağ dü¬yününü birdəfəlik açmaqla, gələcək nəsillərə problemsiz dövlətdə yaşamaq hüququ bəxş etdi. Bu tarixi qələbə o qədər böyükdür ki, bəlkə də, çoxları onun möhtəşəmliyini indi tam mənası ilə qavraya bilmir. Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılmış bu qələbə Azərbaycanı ayağa qal¬dırdı, yatmış vulkanı oyatdı. Bu oyanış böyük qurtuluş, dirçəliş, özünədönüş və özünüdərkdir. Nə qədər xoş sözlər söyləsək və yazsaq da, azdır. Bu hissləri sözə sığışdırmaq qeyri-müm¬kündür.
Bəli, 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.
Bu gün də ölkəmizdə ədliyyə sisteminin dinamik inkişafı barədə ürəkdolusu danışmaq olar. Amma indiki peşə bayramı ölkəmizin həyatında silinməz iz buraxan elə bir tarixi şəraitə təsadüf edir ki, bu əlamətdar hadisə ilə əlaqədar daha ətraflı söhbət açmamaq mümkün deyil. Bu, 30 il ərzində işğal altında qalan torpaqlarımızın düşməndən təmizlənməsi, ərazi bütövlüyümüzün bərpası – Qarabağ savaşında böyük Qələbənin bəhrəsidir. Tarixi irsin qorunması və ədliyyə sahəsində çalışan əməkdaşlarda mənəvi stimul yaradılması baxımından bu sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Bu bayramı ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşundan asılı olmayaraq bütün zamanlarda ədliyyə orqanlarının, xüsusən də məhkəmələrin qanunun aliliyinə və vəzifə səlahiyyətlərinin məsuliyyətli icrasına yönələn fəaliyyəti daim gərəkli olmuşdur. Müstəqil dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan Ədliyyəsinin bayramı bu baxımdan yalnız ədliyyə işçiləri üçün deyil, hər bir vətəndaşımız üçün əlamətdardır. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sisteminə malikdir. 22 noyabr ədliyyə işçilərinin builki peşə bayramı günü xalqımızın Şanlı Qələbəsi ilə xüsusilə əlamətdardır. Peşə bayramlarını Qələbə sevinci ilə qeyd edən və bu zəfər günlərini bizlərə yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi, demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.
Çox böyük fəxarət və qürur hissi ilə bildirirəm ki, builki peşə bayramı bütün xalqı-mızın Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşında qazandığı Qələbənin hədsiz sevincini yaşadığı bir vaxta düşür. Necə deyərlər, bu möhtəşəm qələbə sevincimizə sevinc qatdı, bütün azərbaycanlıları bəxtiyar etdi. Azərbaycanın müstəqilliyi illərində ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin və dövlət quruculuğunun bir hissəsi kimi Azərbaycan ədliyyəsinin keç¬diyi inkişaf yolundan saatlarla danışmaq olar. Amma təkrar olmasın deyə buna ehtiyac yoxdur. Noyabr ayının 22-si Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu il ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 103 il ötür. Bir çox ədliyyə işçiləri Ali Baş Komandan cənab İlham Əliyevin səfərbərlik çağırışına səs verərək Vətən müharibəsində iştirak üçün ordu sıralarına qoşulmuş, mənfur düşmənə qarşı döyüşlərdə şərəf və şücaətlə mübarizə apararaq, torpaq¬larımızın azadlığı işinə öz töhfələrini vermişlər.
Heç şübhəsiz ki, ədliyyə işçilərinin qeyd etdiyi builki peşə bayramı əvvəlkilərdən daha möhtəşəm, daha əlamətdardır. Çünki bayram bayrama, sevinc sevincə qarışıb. Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı şanlı qələbə xəbərini aldığımız andan sevinc göz yaşlarımız sel olub, ürəyimiz dağa dönüb. Peşə bayramı ərəfəsində əvvəlcə Şuşanın azad olunması, daha sonra isə müharibədə qazandığımız böyük Zəfər xəbəri bizim hər birimizə bir saha sübut etdi ki, güc birlikdədir. İllərdir həsrətində olduğumuz torpaqların baş tacı olan Şuşaya igid əsgərlərimiz qanı bahasına, xalqımızın birliyi, dövlət başçımızın əzmkarlığı sayəsində qovuşduq. Ali Baş Komandanın da dediyi kimi, bu savaş haqq savaşı idi, biz haqq uğrunda mübarizə aparırdıq. Biz haqq yolunda haqqımız olanı aldıq. Şuşanın azad olunması 28 ildir göynəyən yaralarımıza məlhəm oldu. Şuşa dağlarının başı üzərindəki qara buludlar çəkildi. Artıq Şuşa minarələrində azan səsi eşidiləcək, xarıbülbülün ətrini duyacaq, Xan Qızının çəkdirdiyi bulağın şırıltısını eşidə biləcəyik. Şuşa bizim haqq uğrunda apardığımız savaşın zəfər nöqtəsi idi. Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda üçrəngli bayrağımızı dalğalandıran igidlərimiz şanlı bayrağımızı Şuşa qalasında da yüksəltdilər. Şuşa xəbərinin sevincini yaşarkən gecə cənab Prezidentimiz xalqa müraciət edərək böyük Zəfər qazandığınızı elan etdi. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur”, - deyən Ali Baş Komandan hər bir azərbaycanlıya həyatının ən xoş müjdəsini verdi. Şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, müdafiə qüdrətimiz sayəsində həm döyüş meydanında, həm də danışıqlar masası arxasında biz istədiyimizə nail olduq.
Azərbaycan Ədliyyəsinin 103 illik tarixində ilk dəfədir ki, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını belə yüksək ovqatla, əsl bayram əhval-ruhiyyəsi ilə qarşılayırıq. Bu da təsadüfi deyil. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən Qarabağımız və digər tarixi ərazilərimiz, rayon və şəhərlərimiz düşmən işğalından azad edilib, bu gün Şuşada, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Ağdamda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Azərbaycanın üçrəngli bayrağı vüqarla, əzəmətlə dalğalanır. Qarabağın azadlığı 103 yaşlı Azərbaycan ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyədir, töhfədir. Biz indiyə qədər belə sevinclə, böyük ruh yüksəkliyi ilə öz peşə bayramımızı qeyd etməyə hazırlaşmamışdıq. Bu möhtəşəm duyğunu bizə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməklə müzəffər ordumuz yaşatdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı uğurlu xarici siyasətin, atdığı diplomatik addımların nəticəsində və eyni zamanda, çox yüksək peşəkarlığa, unikal döyüş taktikasına, böyük ruh yüksəkliyinə, qələbə əzminə malik ordumuzun gücü sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradıb qalib çıxdı, zəfər qazandı. Ordumuz torpaqlarımızı işğaldan azad edərək zəfər dastanı yazdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı bu dəfə daha möhtəşəm qeyd olunacaq. Çünki 22 noyabr ədliyyə işçilərinin peşə bayramı Azərbaycanın erməni faşizmi üzərində qələbəsinə təsadüf etdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 103 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Ədliyyə işçiləri Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri böyük məsuliyyət və şərəflə yerinə yetirirlər. Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunacaq. Azərbaycanın ədliyyə işçilərinin builki peşə bayramlarını belə zəfərli günlərdə qeyd etmələri onlar üçün ikiqat sevinclidir. Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qaza¬nılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana! Yaşasın Azərbaycan xalqı! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna!
Fürsətdən istifadə edərək həm 8 noyabr zəfər bayramı, həm də 22 noyabr bütün ədliyyə işçilərinin xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram!
Bir ədliyyə işçisi kimi bu qələbə bizi də çox sevindirdi, fəxarət hissi keçirdik. Bu qələbə Azərbaycanı daha güclü, daha qüdrətli dövlətə çevirdi. Xalqımıza yaşatdığı qürurlu və sevincli günlərə görə, cənab Prezidentimizə, Ali Baş Komandanımıza çox sağ olun deyirik.
Bəli, Azərbaycan Ordusu öz müzəffər yürüşü ilə qəhrəmanlıq salnaməmizdə yeni şanlı səhifələr yazdı. O səhifələr ki, baxdıqca baxmaq, oxuduqca oxumaq istəyirsən. Bu qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir. Başqa sözlə desək, bu şanlı qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.
Mən də xalqımızı zəfər bayramı və qarşıdan gələn Ədliyyə işçilərinin peşə bayramı, həm də tarixi qələbəmiz münasibətilə təbrik edir, onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması işində müvəffəqiyyətlər, uğurlar arzulayıram.
Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın qalib Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Cəmilə Mustafayeva
Azərbaycan Republikasının Ədliyyə nazirliyinin Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin baş məsləhətçisi