Erməni əsgərlər bir-birini güllələdi: Ölən və yaralananlar var
Tarix : 11-12-2021, 10:33Oxunub : 140Bölmə :gundem
Ermənistanda hərbi hissədə atışma olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb.
Qurumdan verilən məlumata görə, əsgərlərin bir-birinə atəş açması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. 9:30 radələrində cənub istiqamətindəki hərbi hissələrdən birində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 19 yaşlı Senik Aşotoviç Arzumanyan xidmət yoldaşı tərəfindən odlu silahdan güllələnərək öldürülüb”, - Müdafiə Nazirliyi xəbər verib.
Bildirilir ki, daha iki hərbçi yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur.