"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi rəsmi olaraq fəaliyyətə başlayıb. Artıq Birliyə üzvlər qəbul olunur. Birliyin nümayəndəlikləri təyin olunur. Rusiyanın Stavropol şəhərində Birliyin nümayəndəliyi fəaliyyətə başlayıb. Bəsti Mütəllimova Stavropol şəhəri üzrə təşkilatın nümayəndəlik sədri təyin olunub. Bəsti xanımın təşəbbüsü və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş birlik və həmrəyliyi tərənnüm edən tədbir təşkil olunub.
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlunun adından tədbir iştirakçıları təbrik edilib və onlara hədiyyələr təqdim olunub. Bayram süfrəsi arxasında Novruz adət və ənənələrindən danışılıb. Bahar qızı əlində səməni ilə gələrək, tədbirə xüsusi gözəllik qatıb.
Tədbirdə Stavropol şəhərində yaşayan işgüzar və vətənpərvər insanlar iştirak edib.
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi
Edaletyolu.az