"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu Ağstafa rayonunda yaşayan, halhazırda Bakı Sağlamlıq Mərkəzində müalicə alan Şəhid Namazov Taleh Zülfəli oğlunun atasını ziyarət edib. Bakı Sağlamlıq Mərkəzində çalışan həkimlərə şəhidimizin atasına göstərdikləri diqqət və qayğıya görə xüsusi təşəkkür bildirib. "Ədalət yolu" qəzetinin nəzdində təsis olunmuş "ZƏFƏR DİPLOMU" şəhidin anasına və atasına təqdim olunub. Göstərilən hərtərəfli mənəvi dəstəkdən ailə çox razı qalıb. Üzü gülən, əhval-ruhiyyəsi düzələn ata və ana hər kəsə öz təşəkkürünü bildirib.