“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi tərəfindən Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə dəstək proqramı həyata keçirilib. Bakı, Gəncə, Yevlax və Bərdə regionlarını əhatə edəcək sosial əsas məqsədi vətənimizin suverenliyi və bütövlüyü uğrunda canından keçmiş döyüşçülərimizin və onların ailələrinin sosial problemlərinin araşdırılması və bu problemlərin həlli istiqamətində dövlət qurumları ilə birgə əməkdaşlıq etmək olub.
Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə dəstək proqramı çərçivəsində Şəhid ailələri və Qazilər ilə görüşlər keçirilib, onların problemləri dinlənilib, araşdırılıb və onların həlli istiqamətində zəruri addımlar atılıb. Layihə 4 ay müddətində Bakı, Gəncə, Yevlax və Bərdə şəhərlərində həyata keçirilib. Sosial Proqram ümumilikdə 300-dən çox həssas təbəqədən olan şəxsi əhatə edib.
Qeyd edək ki, “Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinin sosial problemlərinin həllinə dəstək proqramı” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.