"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr edilmiş "Qəhrəmanlarla görüş" adlı tədbir keçirilib. Öncə Ümummilli lider Heydər Əliyevin möhtəşəm büstü, daha sonra şəhidlər xiyabanında dəfn edilmiş şəhidlər ziyarət olunub. Tədbirdə Vətən müharibəsinin qaziləri, Türkiyəli İpekyolu Kamu diplomatasisi Təşkilatı Başqanı Dr. Seyfulla Türksoy, şəhid ataları, KİV rəhbərləri, Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin idarə heyəti və fəal üzvləri iştirak edərək çıxış ediblər. Birliyin sədri Yasəmən Qəyyumlu tədbiri giriş sözü ilə açaraq, 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününün yaranma tarixindən danışıb, tədbirin məqsəd və mahiyyəti haqqında məlumat verib. Tədbiri keçirməkdə əsas məqsəd Vətən müharibəsi zamanı bütün növ silahlardan istifadə edərək düşməni məğlub edən, iyirmi faiz torpaqlarımızı düşməndən azad edən və döyüş zamanı sağlamlığınının bir qismini itirən Vətən müharibəsinin qaziləri ilə görüşmək, onlarla həmsöhbət olmaqdır. Birlik sədri çıxışı zamanı bildirib ki, Vətəndaş cəmiyyəti institu olaraq, vətəndaş cəmiyyətinə işgüzar fəaliyyətimizlə xidmət göstərərək öz töhvələrimizi verir, gələcəkdə daha böyük tədbirlər və layihələr həyata keçirməyi planlaşdırırıq. İctimai birlik olaraq əsas məqsədimiz diqqət və qayğıya ehtiyacı olan insanlara, şəhid ailələrinə və qazilərə hər tərəfli diqqət və qayğı göstərmək, onlara həm mənəvi, həm də gücümüz çatan qədər yardımçı olmaqdır. Birlik sədri Yasəmən Qəyyumlu Təşkilat adından dəvəti qəbul edib tədbirdə iştirak edən bütün qonaqlara təşkilatın bütün idarə heyəti adından təşəkkür bildirib. Tədbirin sonunda Vətən Müharibəsinin qəhrəmanları birlik tərəfindən "Zəfər diplomu" təltif olunublar.