Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, 35 yaşlı Aysel Xəlilova ötən gün özünü klinikanın 10-cu mərtəbəsində eyvandan atıb.
Nəticədə o, klinikanın 4-cü mərtəbəsinə düşüb və vəfat edib.
Məlumata görə, qadın orada müalicə alırmış. Bir müddət əvvəl onun atası dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət