Dünyada 614 292 991 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
Virusdan 6 518 098 xəstə ölüb, 593 331 939 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (97 164 732 nəfər), Hindistan (44 504 949 nəfər), Fransa (34 722 711 nəfər), Braziliya (34 580 412 nəfər) və Almaniyadır (32 507 180 nəfər).
Sərhəd qonşularımız arasında Rusiyada 20 113 098, Türkiyədə 16 852 382, İranda 7 539 698, Gürcüstanda 1 735 682, Ermənistanda isə 436 727 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 817 938 nəfərin 9 857-si ölüb, 805 709 xəstə müalicə olunaraq sağalıb.