Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda muharibədə zəfər çalmış bir ölkədir. 44 günlük müharibədə şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalıblar. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu xalqımızın böyüklüyüdur. Uzun illər mənfur dusmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Qarabağ Azərbaycandır deyə başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savası zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali BAs Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qudrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi qələbə qazandı. Və bu qələbə bütün dünyaya Azərbaycan dövlətinin və Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha göstərdi. Bu gün fəxrlə söylədiyimiz həmin şanlı qələbəni Azərbaycan ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bu 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının gözü, qəlbi, varlığı hər an cəbhəyə bağlı oldu. Hər gün cəbhədən gələn sevincli xəbərlərlə sevinib, sevinc göz yaşları axdı gözlərimizdən. Bu qələbənin arxasında yüzlərlə, minlərlə igid Vətən oğlunun, əsgər və zabitin qətiyyəti, şücaəti, qorxmazlığı, qəhrəmanlığı dayanmışdır. Vətən uğrunda canından, qanından keçməyə hazır olan Azərbaycan əsgər və zabitləri döyüşlərin hər birində xüsusi qəhrəmanlıq nümunələri göstərərək, Azərbaycan hərbi tarixinin yeni salnamələrini yazdılar. O qəhrəmanlardan bir çoxu şəhid olaraq əbədiyyətə qovusdular, bir çoxu qazi olaraq xalqımızın qəlbində əbədi zirvəyə ucaldilar. Onlar öz qəhrəmanlıqları ilə Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsinə, işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə nail oldular. Xalqımızın tarixində yeni bir dövr açan 44 günlük döyüş salnaməsi zafer sevinci qazanaraq şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərimizi bizə tanıtdı. Onlar Vətənin şəhid olan igidlərin ürəyindən, qaninilə torpaq üzərində Vətən yazılan oğulların niyyətindən başlandığını bizə göstərdilər
Əlbəttə bu böyük zəfər qətiyyəti siyasi iradə və əzmin nəticəsində, ilk növbədə isə igid oğullarımızın qanı ilə əldə edilmişdir. Ali baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşmiş ordumuz öz igidliyi və hünəri ilə xalqımızın milli kimliyini, gücünü dünyaya göstərdi. Müharibə varsa, şəhid də var, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Bas Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün həyata keçirdiyi geniş miqyaslı əks-hücum əməliyyatlarında rəşadətli Azərbaycan ordusu düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi. Noyabrın 10-da əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, həm də qürururmuz, vüqarımız, fexrimizdir. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan oğullarımız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Bu gün biz vətəndaşlar da onların xatirəsini daim yaşamaqla, bizlərə əmanət etdiklərinə sahib çıxmaqla ruhlarını şad etməliyik. Bir ədliyyə işçisi kimi hər birimizin qəlbində müqəddəs bir hiss-Vətənə, torpağa olan məhəbbət yaşayır. Müharibə başlanan andan ədliyyə işçiləri də döyüşlərdə iştirak üçün gözlərini qırpmadan cəbhəyə yollanmış, həmçinin könüllü iştirak edərək böyük fədakarlıqlar nümayiş etdirmiş, döyüşlər davam edən müddətdə və daha sonralar da döyüşlərimizə, şəhid ailələrinə dəstəklərini əsirgəməmişlər. Eyni zamanda məlumdur ki, bir çox ədliyyə işçisi tamamilə könüllü əsaslarla Silahlı Qüvvələrə Yardım Fonduna və "Yaşat" Fonduna əmək haqlarından vəsaitlər köçürüblər. Nazirliyin tibb xidmətinin həkimləri də Vətən müharibəsi dövründə zərər çəkənlərə lazımi tibbi yardım göstərib, ədliyyə orqanlarında mütəmadi olaraq qanvermə aksiyaları keçirib. Ədliyyə Nazirliyinin əməkdaşları döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbiçilərimizə tez-tez baş çəkib, sovqatlar təqdim ediblər. Bu gün haqq savaşı iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər göz önündədir, şəhid ailələri və yaralı hərbiçilərimiz hər tərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğısı davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməkliklərini göstərir. Haqq savaşında herbiçilərimizlə yanaşı qismən səfərbərlik əsasında cəbhəyə yollanan ədliyyə işçilərinin də qəhrəmanlıqla döyüşdukləri peşəsini silaha dəyişərək cəbhəyə yollananlar sırasında Rubin Xəlilov da var.
Vətən müharibəsində şəhid olmuş Ədliyyə Nazirliyinin əməkdaşlarından olan əbədi qəhrəmanın İkinci Fəxri Xiyabanda yerləşən məzari ilin əlamətdar günlərində nazirliyin işçiləri tərəfindən ziyarət olunur, şəhidimizin qəhrəmanlıq yolu xatırlanır, zaman keçdikcə daha çox yaddaşlara həkk olunur. Ruhin Xəlilov 1987-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, erməni silahlı birləşmələri tərəfindən rayonun işğalı nəticəsində 1993-cu ilin avqust ayında məcburi köçkün düşmüş, ailəsi ilə birlikdə Abşeron rayonunda məskunlaşmışdır. Hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra ədliyyə orqanlarına qulluğa qəbul olunan Ruhin Xəlilov bir müddət icra məmuru vəzifəsində çalışmış, nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatına irəli çəkilmişdir. Xidməti fəaliyyəti dövründə çalışqanlığı, düzgün sosial davranışı və nizam-intizamı ilə nazirliyin işçi heyətinin rəğbətini qazanan Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanmışdır. Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə qəhrəmancasına iştirak edən, böyük fədakarlıqlar göstərən Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhadətindən sonra Vətən uğrunda və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilmişdir. Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova "Fəxri ədliyyə işçisi" adı verilmişdir. Vətən müharibəsindəki misilsiz qələbəmizdən sonra Ədliyyə naziri dəfələrlə xarici həmkarlarını və beynəlxalq insan hüquqları təşkilatlarını insan həyatının xilası və yeni qurbanların qarşısının alınması, məcburi köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtmasi, ölkədə sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq, Ermənistan tərəfinin beynəlxalq öhdəliklərini yerinə yetirməyə təsir etməyə çağırıb. Müzəffər ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də oz töhfələrini veriblər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdasları, məhkəmə aparatı işçiləri və onların ailə uzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub. Ədliyyə işçiləri öz vəzifə borclarını müharibədən sonrakı dövrdə də layiqincə yerinə yetirəcək, dövlət müstəqilliyinzə qarşı bütün təhlükələrin tam aradan qaldırılması işində cəzasız əsgər rolunu oynayacaqlar. Sonda "su yatar, düşmən yatmaz" deyimini xatırlayıram, lakin ədliyyə işçiləri də daim vəzifə başında hər cür fədakarlığa hazırdırlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə zəfər çalmış bir ölkədir. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalıblar. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu xalqımızın böyüklüyüdur. Biz ədliyyə işçiləri olaraq Vətənimiz, azadlığımız, torpağımız uğrunda canlarından keçən bütün şəhidlərimizi sevgi və rəhmətlə yad edəcəyik. Torpaqlarımızın bütövlüyü uğrunda göz qırpmadan canlarından keçən Şəhidlərimiz biz var olduqca bizimlə bərabər yaşayacaqlar. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, onları hər zaman böyük minnətdarlıq duyğusu ilə xatırlayacayıq. Ədliyyə işçisi olaraq hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu cür cəsur, igid oğullarımızı daim qəlbimizdə yaşadaq. Ədliyyə işçiləri kimi bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş ogullarımızla fəxr edəcək, onların əziz xatirəsini daim uca tutacağıq. Azadlıq, mustəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar!
Şəhidlər ölməz, Vətən bölünməz!
Maral Həsənova
Azərbaycan Respublikası Ədliyyə Nazirliyiinin
Nizami rayon Qeydiyyat şöbəsinin rəisi