“Xezertv.info” xəbər verir ki, “UĞUR KLİMA VENT” şirkətinin direktoru Hacı Əlikram Məmmədov xalqımızı 8 noyabr “Zəfər Günü” münasibəti ilə təbrik etdi. Təbrikdə deyilir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının başçılığı ilə “Dəmir Yumruq” əks-hücum əməliyyatı şanlı ordumuzun igid əsgərlərin şücaəti nəticəsində, 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu günlər xalqımız böyük qələbənin xoşbəxtliyi və sevincini yaşayır.
Şəhidlərimizin müqəddəs ruhlarını anaraq, qalib xalqın və dövlətin bir nümayəndəsi olmağın qüruru ilə sizi 8 noyabr “Zəfər Günü” münasibətilə təbrik edirəm. Sizə can sağlığı, xoş və firavan günlər, xalqımıza sülh və əmin-amanlıq arzulayıram.
Zəfər bayramınız mübarək!
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!