Saakaşvilinin tərəfdarlarının ələ keçirdiyi sarayın daxilində konsert keçirildiyi məlum olub.
Saakaşvili insanların heç bir zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa səsləyib.
Hazırda aksiya iştirakçıları binanı tərk edərək "Azadlıq Meydanı"na doğru axın edir.
"İmpiçment marşı" adlandırılan yürüş davam edir.
***
Saakaşvili tərəfdarları parlamentin binasının qarşısına toplanaraq binaya daxil olmağa çalışırlar. Hökuməti istefaya səsləyən vətəndaşlarlarla polislər arasında da insident yaşanır. Nümayişçilər binanın qapısını qıraraq içəri giriblər.
Musavat.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, nümayişiçilər şəhərin mərkəzində yerləşən Oktyabr sarayına daxil olub. Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimət göstərərək, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb. Son məlumata görə hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb.