“Oruc Qurbanov Lənkəranın Girdəni kənd qəbiristanlığında dəfn olunacaq”.
Bunu Qaynarinfo-ya Lənkəran Dövlət Dram Teatrının rejissoru Anar Babalı deyib. Onun sözlərinə görə, rejissor Oruc Qurbanov nəfəs çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş:
“Son vaxtlar xəstəliyi bir az irəliləmişdi. Ailə üzvləri onu Bakıya həkimə aparmaq istəyirdi. Amma Oruc Qurbanov getməyib, etiraz edib. İki gün əvvəl vəziyyəti pisləşib, təcili yardımla rayon xəstəxanasına gətiriblər. Elə oradaca dünyasını dəyişib”.
Anar Babalı hazırda Oruc Qurbanovun dəfni ilə bağlı hazırlıq işləri getdiyini vurğulayıb.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru Oruc Qurbanov 73 yaşında dünyasını dəyişib.
09:14
Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı Oruc Qurbanov 73 yaşında dünyasını dəyişib.
Məlumata görə, mərhum uzun sürən xəstəlik səbəbindən vəfat edib.
Aytac Qasımova