• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Neft ilə zəngin Odlar yurdu Azərbaycan!

gundem / medeniyyet / ust / manset

28-06-2018, 11:27

Neft ilə zəngin Odlar yurdu Azərbaycan!


















Odlar ölkəsi;bu ad yalnız yanar xüsusiyyətə malik neft və qaz, aktiv olan vulkanları iləmi bağlıdır? Yoxsa Aser/Azer = “Günəşə ibadət, sitayiş edənlər versiyası ilə bağlıdır? Qədim Misirin “Ölülər Kitabı”nda həmin torpaqların şərq hissəsi “Günəş Aserin Torpaqları”, “Aserin Giriş Qapıları”adlandırılıb (WZ(S)R) [Petrie, Budge, «Ölülər Kitabı»]. Aser/Azer = “Günəşə ibadət, sitayiş edənlər! Buradan belə nəticəyə gəlmək olar ki, Aser/Azer Qədim Misirə onun şərq hissəsindən daxil olmuşdur. Həm şərqdən doğan günəş olaraq, həm də Qafqaz genli fironların əcdadı olduğuna görə.
Neft sözünün mənşəyi Rusca mənbələrdə Perslərdən Türk dilinə keçmiş naft, yəni neft sözündən gəldiyi yazılır. Neft sözünün mənşəyi, neft sözünün etimologiyası bizim mənbələrdə:”Qədim (e.ə IX-VI əsrlər) Midiya dilinə məxsus “nafata” kimi ifadə edilən söz olub, ilkin mənası “sızıb üzə çıxan” deməkdir. Nafata “nafta” forması naftalin, naftalan kimi sözlərdə hifz olunub (Bəşir Əhmədov. Etimologiya lüğəti). Neft və Naftalan adının etimologiyası mənbələrdə "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündən əmələ gəlməsi yazılır. Əgər nəzərə alsaq ki, Midiya dövləti Azərbaycan ərazisində qurulmuş dövlət və şərqdə ilk imperiya olub. O zaman neft sözünün elə türk sözü olmasına bir şübhə qalmır. Naftalan — Azərbaycanın qərb bölgəsində Goranboy rayonu yaxınlığında turistik əhəmiyyətli şəhər. Goran sözü – Goran tayfasının adından götürülmüşdür. Strabonun 17 cilddən ibarət olan coğrafiya kitabında “ger” tayfaları haqqında məlumat var. Gorus tayfası - Bu tayfanın adı Qors, Xors, Xoruzlu, Hors formalarında qalmışdır. Hor/Qor/Gor/Xor/Gur/Qur/Hur/Har ilə, həyatın mənbəyi olan Günəş və onun xüsusiyyətləri ilə bağlı olan Azərbaycanda və Ermənistanda işğalda qalmış “gorus” adlı bir sıra toponimlər vardır. Gorus, Goranboy, Goranlı kəndləri və toponimlər qədim “Gor” tayfasının adı ilə bağlıdır. Qızılbaşlığın bir qolu olan Goran dini təriqəti də var. Qor tanrısının adı digər xalqlarda dağ, yüksəklik, əzəmət kimi mənalarda qalsa da, Azərbaycan dilində “Qor” sözü bir başa qor, günəş, istiliklə bağlıdır. Yay fəslinin daha İsti keçən periodlarının “qora bişirən” adlanması təsadüfi deyil, axı günəşə “qarax, quyaş” deyən türk boyları da var. Həm də Hor/Qor/Gor adlanan günəş tanrısı; Aser/Azer tanrının oğludur. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün yazdığı Xəmsə əsərində yazmışdı: “indiki Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi”. Qədim türklərdə Mars planeti “Kürüd”; yəni “Odlu Planet” adlanırdı. Çox güman ki, Səfi-Kürüd adlanan ərazi neft çıxarılması ilə əlaqəli olaraq “Kürüd” planetinə bənzədilib. Neft çıxarkən onunla yanaşı qaz da xaric olur ki, hər ikisi də yanar xüsusiyyətə malikdir. XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı. Neftçala rayonunun adı mənbələrdə; burada zəngin neft və qaz yataqlarının olması ilə bağlı olduğu yazılıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. Bunlar öz yerində bəs Neft/Naftalan nə deməkdir? Mənası "süzülən" demək olan bu söz nə deməkdir, hardan gəlir bu söz? Süzülə bilən və istilik mənbəyi olan yalnız neftdirmi? Bəlkə bu toponimlərimiz yanar maddə olan neftin fiziki xüsusiyyətləri ilə deyil Yaranışın dörd ünsüründən biri olan istilik ilə bağlıdır? Əksər yaradılış dastanlarında yer və Göy yaranmazdan əvvəl soyuq və qaranlıq, xaotik bir okeandan söhbət gedir. Orhun yazıtlarında; Türk evrendoğum inanışı haqqında belə yazılır: “Yukarıda mavi gök, aşağıda yağız yer yaratıldığında, ikisi arasında insanoğlu yaratılmış”. (Uze Kök Tengırü, asra yağız kılındıkta, ikin ara kişioğlu kılınmış). Altay Yaradılış dastanının giriş cümləsi belədir: “Dünya bir dəniz idi; nə göy vardı, nə bir yer, Ucsuz- bucaqsız, sonsuz sular içindəydi hər yer. Tanrı Ülgen uçuyor, yoktu bir yer konacak, Uçuyor, arıyordu, bir katı yer, bir bucak”. Qədim Misir yaradılış əfsanəsi: “Qədim Misir kosmoqonik anlayışlarına görə ilk əvvəl yalnız xaos var idi. Xaos isə “Nun” adlanan əbədi qaranlığa qərq olmuşdu. Bütün mövcudiyyətin rüşeymi yalnız bu qaranlıq, inert, hərəkətsiz, köməksiz vəziyyətdəki, sonu bilinməyən Nun deyilən zülmət Okeanda idi. Nun, yəni qaranlıq Xaos “Ra”- nı doğdu.“Ra” isə “Şu”-nu və “Tefnut”u, yəni “hava”, sonra da “su” tanrısını yaratdı, daha sonra yer tanrısı Geb və Göy tanrısı Nut yarandı, yəni Aser/Azer/Osirin ata və anası. Burada yaranışın dörd ünsüründən-Günəş, Hava, Su və Torpaqdan söhbət gedir. Qədim Misirin dini mərkəzlərindən biri olan Heliopolda ilk yaradan tanrı Pta hesab edilirdi. Pta Nun və Naunet ilə, yəni ilkin xaotik sularla bağlı idi. Hansı ki, həmin ilkin sulardan Pta tanrısı; ada yaratdı və Dünyanın, Kainatın yaranışının əsası qoyuldu. Pta Günəş şüası, quru, ilıq hava tanrısı Şunun missiyasını öz üzərinə götürərək səmanı bir quş lələyi kimi, çox asanlıqla göyə qaldırdı. Şu günəş işığı süzülərək; yerlə göyün arasından keçir və onları bir birindən ayırır. Qədim Misir tanrılarından Amon; gizlin hakimiyyətin, Ra gözlə görünən və səmada olan hakimiyyətin, Pta isə yer üzərindəki hakimiyyətin tanrılarıdır. Bu gün Bakıda Puta qəsəbəsi, Puta gölü, sonradan adı Badamdar olmuş Patamdar qəsəbəsi var. İstər bitki, heyvan aləminin, istər insanın yaranmasında istilik ən vacib ünsürlərdən biri olub. İstiliyin təsirindən yaranmış olan və özündən sonra yarananların əcdadı hesab edilənlərin ruhu da var idi. Bu ilkin ruh isə Nef adlanırdı. Amon tanrısında; ilkin ruh olan Nef, ilkin materiya Net, bölünməz, əbədi zaman Sebek və sonsuz məkan Paşt birləşmişdi. Hər bir şey ilkin ruh olan Nef və ilkin materiya Netdən yarandı. German- Skandinav dastanlarında qaranlığın hökmdarı Niflheym adlanırdı. Soyuq buzlar və qatı dumanla örtülü olan Niflheym; kainatdakı doqquz dünyadan biri idi. Qədim Misirdə; xaos, müharibə, ölüm tanrısı Setin xanımı Neftida/Neftis adlanırdı. İlin son günü doğulmuş Neftida/Neftis; ziyanın, zərərin, yeraltı aləmin, məhsuldar olmayan torpaqların, ölümün tanrıçası idi. Hər bir canlını enerjili, canlı edən, bədəninə istilik verən isə ruhdur, yəni ”Nef”dir. Ruh bədəni tərk edərsə istər heyvan, istərsə də insan soyuq və cansız bir materiyaya,”Net”ə çevrilir. Alimlər isə sübut edib ki, yanar maddə olan neft; bitki, ölmüş heyvan və digər ölmüş canlılardan əmələ gəlir. Nef ruhu olan canlılar məhv olaraq neftə çevrilir, sonra yenidən istilik verən maddə olaraq insanlara xidmət edir. Enerjinin itməməsi, dövriyyəsi yaranır. Demək yanaraq istilik verən neft sözü; canlının bədəninə istilik verən Nef ruhunun və ilkin materiya olan Netin adı ilə bağlıdır.
F. Rüstəmova

Oxunub: 519
Paylaş:
Digər xəbərlər

gundem / maraqli / ust / manset

23-06-2018, 09:42

Həbsxana, yoxsa türmə?

gundem / sosial / ust / manset

17-06-2018, 11:24

Neft ilə zəngin Odlar yurdu Azərbaycan!

ust / manset

14-06-2018, 08:55

İstirahət

gundem / maraqli / ust / manset

24-05-2018, 11:21

Ağcaqayın/Akcaağac/Acer/Klen/Yavor/Yavru Ağac - ARAŞDIRMA

gundem / maraqli / ust / manset

3-05-2018, 14:52

“Saxa” nə deməkdir?

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Bu gün, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Bu gün, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Bu gün, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Bu gün, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Bu gün, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Bu gün, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dünən, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • Dünən, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • Dünən, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • Dünən, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • Dünən, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • Dünən, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • Dünən, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • Dünən, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • Dünən, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • Dünən, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • Dünən, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
  • 29-09-2023, 08:17
    İspaniyada yeniyetmə məktəbdə müəllim və şagirdləri bıçaqlayıb
  • 29-09-2023, 08:04
    AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna təyinat olub
  • 29-09-2023, 08:00
    Blinken Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”
  • 29-09-2023, 07:57
    Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
  • 28-09-2023, 14:46
    Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti
  • 28-09-2023, 11:17
    “HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇILƏRİNIN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”
  • 28-09-2023, 08:35
    Toxluq hissi yaradan qidalar
  • 28-09-2023, 08:33
    Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub
  • 28-09-2023, 08:31
    Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir
  • 28-09-2023, 08:29
    Sumqayıtda 22 yaşlı qız itkin düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə