Tarixən də, indinin özündə də müxtəlif peşə sahib¬lərinin, geniş dünyagörüşlü insanların ailə təcrübəsi gənc¬lərə əsl nümunədir. Belə insanların məşhur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur...
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsu¬sən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qa¬zanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxa¬sında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziy¬yətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yarat¬dığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövr¬lərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”
Çağdaş dünyanın qlobal problemlərindən biri də so¬sial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Bir sıra alimlər təsdiq edir ki, dövrümüzdə insanların ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiya¬nın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Günü bu gün də bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir...
Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünə məxsüs etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüst¬lük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.
Fasilələrlə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə çoxuşaqlı və aztəminatlı, eyni zamanda müharibə və əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərən, onların övladlarının təhsilini nəza¬rətdə saxlayan, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstər¬məli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahə¬də mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Axı dövlətin kiçik modeli – forması sayılan milli ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev də Ümummilli liderimizin bu tarixi mis¬siyasını davam etdirərək Azərbaycan ailə ənənlərinin qo¬runub saxlanmasına xüsusi diqqət ayırır.
Sözün hər mənasında müstəqil dövlətimizin ali sənə¬dinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlə¬rinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir.
Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri kimi qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. O, 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi: "...Bizim xalqımızın, millətimizin həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohum-ların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adət-ənənələrdən biri də keçmişdən bizə miras qalmış, milləti¬mizə xas olan adət – qohumların evlənməsi, ailə qurma¬sıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də, ümumiyyətlə, millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə bu sahədə ciddi tədbirlər görülmür. Belə bir adət-ənənənin zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, – yəqin ki, siz bu sahədə tədqiqatlar aparmı¬sınız, bilirsiniz, – çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir. Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir”.
Аzərbаycаn Respublikasının Birinci vitse-prezi¬denti, Hеydər Əliyev Fondunun prеzidеnti Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli lider Heydər Əliye¬vin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir. Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekolo¬gi¬ya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdı¬raraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir...
Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ailəda¬xili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiy¬yətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimi¬zin, bugünümüzün, gələcəyimizin dayağıdır”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq bö¬yütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınla¬rımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdir¬məyi bacarırlar.
Azərbaycan qadını öz fəaliyyətini maarif¬çilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlaya¬raq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyəti¬mizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim¬lər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələri tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkan¬lardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazır¬lıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artır¬maqla yanaşı, qadınlar həm də ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər. Xüsusilə savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan qadın həm də sağlam cəmiyyət, gələcək deməkdir.
Cəmilə Çiçək İsbəndiyarova,
AYB və AJB-nın üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü