Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
ulusestv.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
Nəticədə parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.