“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
(Əl Bəqərə surəsi, 183-cü ayə)
İnsan yaranışından bəri elm, mədəniyyət və tərəqqi üçün yaşayan, onun yolunda özünün inam və inanclarına etiqad göstərən varlıqdır. Yaradanın təkliyini, bütün yaranmışların Uca Allah hüzurunda bərabər olduğunu ifadə edən İslam və bu dinin təsiri altında yüz¬ illər boyu insanları doğru yola yönəldən İslam mədəniyyəti bu mənada bəşəriyyətin ən qiymətli mənəvi sərvətlərindəndir. İslam dini sadəcə, bir din kimi qədim dövrlərdən indiyədək təkcə müsəlmanların deyil, eləcə də bütün inanc sahibi insanların həyatında hansı rola malik olduğuna baxmaq kifayət edər. Çünki mədəniyyət sərhəd tanımır.
İslam dini barədə suallarımızı uzaq Xarkov vilayətində yaşayan həmyerlimiz Ağamirzə Nuruyev cavablandırdı:
-Müasir Azərbaycan təkcə müsəlmanlar üçün deyil, digər inanc sahiblərinin də tamamilə rahat yaşadığı nadir ölkələrdən biridir. Bununla yanaşı, əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda müsəlmanların öz dini ayinlərini yerinə yetirməsi üçün yaradılan şərait, insanların azad dini etiqad seçimi, İslam dini tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlərə, ziyarətgahlara və digər müqəddəs məkanlara son dərəcə həssas münasibət ölkəmizin İslam aləmindəki özünə¬məxsus yüksək nüfuzunu formalaşdırıb. Ba baxımdan İslam dini yer kürəsində bütün dinlərdən üstün bir din kimi qəbul edilir və sevilir. Biz müsəlmanlar üçün də hazırda bu belədir. Bu gün mən uzaq bir diyarda yaşayıram, ancaq adət-ənənəmizi heç bir zaman unutmamışam, unutmaram da. Yaşadığım yerdə məscid tikdirmişəm və mənim əsas məqsədim bu bölgədə yaşayan bütün dindarları bir araya toplamaqdan ibarət idi. Şükürlər olsun ki, bu arzuma çatmışam. Hər Cümə günlərində bütün azərbaycanlılar iş-güclərini atıb namaza gəlirlər. Onlar ibadət edir, Allaha dualar edirlər. Belə bir şərait yaratdığım üçün hər dəfə də mənə minnətdarlıqlarını dönə-dönə dilə gətirirlər. Əlbəttə bu da mənim üçün ən böyük mükafatdır.
Din bizim hər birimizin ümid yeridir, ümid qapısıdır. Allah-təalanın mənə belə bir şans verdiyinə görə duaçısıyam.
Bəli, İslam dini dünyada yeganə bəşəriyyətin sərvəti kimi qəbul edilən dindir. Bu din insanları paklığa, saflığa doğru aparır. Bu din təkcə insanları Allahla bağlamır, eyni zamanda həm də insanlara qarşı mərhəmətli, səxavətli olmağı aşılayır. Aydındır ki, mərhəmət olan yerdə haqsızlıq olmaz, adalət olar.
Hər bir insan yaxşı bilir ki, mərhəmət hissi bütün insanlarda mövcuddur. Lakin İslam dininə yaxından bələd olan insanlarda isə mərhəmət daha güclüdür. Belə insanlar haqsızlığa yol verməz, din qardaşına qarşı ədalətsiz olmaz.
-Hazırda çox uzaq bir vilayətdə yaşayırsınız, məscid tikdirmisiniz. Adət-ənənələrimizi qoruyub saxlayırsınız. Təbii ki, orada müxtəlif dinlərə xidmət edən insanlar da vardır. Sizin üçün çətin deyilmi?
-Düzdür, burada müxtəlif dinlərə qulluq edən vətəndaşlar yaşayır. Ancaq onların nə mənə, nə də mənim onlara heç bir maneçiliyimiz yoxdur. Biz məscidimizdə öz dinimizə uyğun olaraq ibadətlə məşğul oluruq. Heç kəsə də bir maneçiliyimiz yoxdur.
Xarkov vilayəti Azərbaycandan çox-çox uzaqdadır. Belə uzaq bir ölkədə məscid tikdirmək, burada yaşayan azərbaycanlıları bir araya toplamaq mənim üçün ən böyük fəxarətdir. İslam dini bütün dinlərin tacıdır. Biz də bu məqsədlə məscidimizdə bir çox tədbirlər keçiririk. Təbii ki, keçirilən tədbirlərdə əsas məqsədimiz İslam dininin təbliğiylə bağlıdır. Biz keçən dəfə Məhərrəmlik ayında böyük tədbir keçirdik. Əsas məqsədimiz də Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin, şəhidliyin əsl mahiyyətinin açıqlanması, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, Qarabağ, Xocalı şəhidlərinin yad edilməsidir. Azərbaycan xalqının ən ümdə vəzifələrindən biri də Xütbə və moizələrdə torpaqlarımızın işğalına son qoymaqdan ibarətdir. Torpaqlarımızın işğalı davam etdiyi dövrdə gənclərimiz Ali Baş Komandanın əmrinə daim hazır olmalı, millətə və Vətənə bağlı bir vətəndaş kimi dövlətimizin mənafeyini daim uca tutmalıdırlar.
-Bütün əlamətdar günləri məsciddə yüksək səviyyədə qeyd edirsiniz. Hazırda müqəddəs Qurban bayramı yaxınlaşır. Bu barədə nə deyə bilərsiniz?
-Bəli, biz bütün əlamətdar günləri yüksək səviyyədə qeyd etməyə çalışırıq. Buna nə dərəcədə nail olduğumuzu da yaxşı bilirəm. Bu yaxınlarda Qurban bayramı ilə də bağlı tədbir keçirməyi planlaşdırırıq. Kasıb, yoxsul ailələrə qurban payları göndərəcəyik. İnşallah Uca Yaradan hər kəsin qurbanını qəbul eyləyər.
Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Təbii ki, oxuduğum həmin kəlamları tanıdığım insanlara şamil edirəm. Bu da həqiqətdir ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Uzağa getmək istəmirəm, yazımın dəqiq ünvanı var. İnsanlara daim yaxşılıq edən, onların xeyir-şər işlərində yaxından maraqlanan bir insan haqqında danışmaq istəyirəm. O insanın ki, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdən ibarətdir. Dara düşən, çətinliyə düçar olan insanların dadına çatmaq, heç kəsi naümid qaytarmamaq artıq onun ən ümdə vəzifə borcudur. Bu, insan fikri, əməli xeyirlə yoğrulmuş işiği və zəkası ilə digərlərini işıqlandıran, özü də şəxsiyyət zirvəsinə ucalan Hacı Ağamirzə kimi. Ömrünü xeyirxah¬lığa həsr edən, sözü ilə əməli həmahəng olan, gənc ikən müdrik olan Hacı Ağamirzə kimi.
Hacı Ağamirzə özünü tanıdığı gündən ta bu günə kimi insanlara sevgiylə, mərhəmətlə yanaşar, xeyirxahlıq etməyi xoşlayır. Ümumiyyətlə, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl onun əxlaq kodeksinə çevirilib.
Bu gün Azərbaycanda adını hamının hörmətlə çəkdiyi Hacı Ağamirzə çalışdığı ilk gündən insanların sevimlisinə çevrilmişdi. Hazırda iş adamı kimi də ürəkləri fəth etməkdə davam edir. Hacı Ağamirzə ümumilikdə bütün bölgələrdən olan vətəndaşların ümid yeridir. Təbii ki, bu, heç də səbəbsiz deyil, onun son illərdəki fəaliyyətinə diqqət yetirdikdə, görərsiniz ki, seçdiyi yolun xətti yalnız Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir.
Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir, deyirlər. Hər iki xüsusiyyət Hacı Ağamirzədə var. Heç nəyə biganə deyil. Bəzi məmurlar var ki, qapısına gələn zavallı insanlara əl tutub köməklik göstərməkdənsə, təhqir edib qovur. İnsani dəyərləri unudur. Belə adamları görəndə istər-istəməz Hacı Ağamirzənin görüşlərini, ona müraciət edən imkansız adamları və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalma¬yan Hacı Ağamirzənin xeyirxah əməllərini, mərhə¬mətini hər kəs yaxşı bilir.
Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:
Hansı əməl yaxşıdır?-İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Bu gün Hacı Ağamirzə Peyğəmbərimizin buyurduğu kimi davranır.
Allah-Təaladan istəyim odur ki, Hacı Ağamirzə kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətəni¬mizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun, Hacı.
Tahirə Həbliyeva