Tərtərdə bu günədək 9295,6 hektarda taxıl səpilib[b][/b]
Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri payız səpinini davam etdirirlər.
Tərtər rayon statistika idarəsindən bildiriblər ki, bu günədək rayon üzrə 12 min 503,7 hektar sahədə şum qaldırılıb, 9295,6 hektarda taxıl, o cümlədən 6102,2 hektarda buğda, 3069,5 hektarda dən üçün arpa, 123,9 hektarda yaşıl yem üçün xəsil arpa səpilib.
Tərtər taxılçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.
Rayonda digər kənd təsərrüfatı bitkilərinin də səpini aparılır. Belə ki, gələn ilin məhsulu üçün bu günədək 38,93 hektarda baş soğan, 82,8 hektarda sarımsaq, 532,5 hektarda təzə yonca, 8 hektarda digər bitkilər əkilib.